main-post-cover

    Nokia brendi smart televizor üzərində çalışır

    Elm & Texnologiya
    13.11.2019
    Farid Pardashunas
        Görünür, HMD Global şirkəti OnePlus Motorola şirkətlərinin ardınca smart televizorlar bazarına daxil olmaq qərarına gəlib. Belə ki, məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Hindistanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Nokia markalı smart televizoru aşkar edib. Bu barədə Gagadget saytı xəbər verib. Nokia-nın smart televizoru barəsində məlum olan tək şey ondan ibarətdir ki, o, 55 düym ekrana sahib olacaq.
        Televizor barəsində digər bi məlumat yoxdur. Lakin güman etmək olar ki, televizor Ultra HD keyfiyyətli IPS və ya LED ekranla təchiz olunacaq və Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq. Nokia-nın smart televizor modelinin nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Çox güman ki, o ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Hindistanda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər