
Nokia D1C-nin fotoları sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
"Nokia” şirkəti ilin sonuna kimi iki yeni smartfonu təqdim edə bilər.
Çinin Weibo adlı sosial şəbəkəsində
həmin modellərdən biri olan D1C-nin fotoları sızdırılıb. Daha öncə qeyd
olunmuşdu ki, yeni mobil telefonlar smartfon olacaqlar. Lakin bəzi mənbələrin
qeyd etdiklərinə görə onlar 13.8 inç ekrana sahib olacaqlar. Fotolardan görmək
olar ki, cihazın kamerası qeyri-adi şəkildə dizayn edilib. Bu xüsusiyyət yeni
Nokia modellərinin üstün cəhəti ola bilər. Həmçinin fotolar deməyə imkan verir
ki, mobil telefonlar sözün əsl mənasında böyük olacaqlar. Lakin buna baxmayaraq
dəqiq ekran ölçüsünü söyləmək çətindir. Bir neçə müddət bundan öncə isə D1C-nin
texniki göstəriciləri sızdırılmışdır.
- Full HD ekran
- 64 bit-lik 8 nüvəli Qualcomm
Snapdragon 430 prosessoru, Adreno 505 qrafik çipi
- 3 GB RAM, 32GB daxili yaddaş
- 13 MP arxa və 8 MP ön kamera
- Android 7.0 Nougat əməliyyat
sistemi
Paylaş
Bənzər xəbərlər