
Nokia-dan indi də 18.4 inç ekrana sahib planşet gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid
Smartfon bazarında təkrarən özünü göstərməyə başlayan Nokia, 18.4 inç böyüklüyündə ekrana sahib olan bir planşet üzərində işləyir. Bəs Nokia-nın yeni planşeti istifadəçilərə nələr təklif edəcək?
Microsoft ilə olan razılığının sonlanması ilə birlikdə smartfon bazarında yenidən yer tutmaq üçün işlərə başlayan Nokia, keçdiyimiz günlərdə Nokia 6 modelini təqdim etdi.
Saatlar içində bütün stokları tükənən Nokia 6-dan sonra, firmanın güclü rəqibləri ilə yarışacaq olan Nokia P1 modelini elan etməyə hazırlaşdığı xəbərini də Technote.az olaraq sizlərə çatdırmışdıq.
Bunlarla kifayətlənmək istəməyən Nokia-nın üzərində işlədiyi 18.4 inç böyüklüyündə ekrana sahib olan planşeti, GFXBench vasitəçiliyi ilə ortaya çıxdı.
Nokia, yeni planşeti ilə istifadəçilərə nələr vəd edir?
Nokia-nın, Samsung Galaxy View-in qarşısına yeni bir rəqib olaraq çıxacaq olan planşeti, 18,4 inç böyüklüyündəki ekranında 2650x1440 piksel keyfiyyət təqdim edəcək.
Qualcomm-un 2.2 GHz sürətində işləyən 8 nüvəli Snapdragon 835 prosessorundan və Adreno 540 qrafik prosessorundan güc alacaq olan planşet, 4 GB RAM və 64 GB daxili yaddaş sahəsi ilə birlikdə gələcək.
Kamera xüsusiyyətləri, planşet istehsalında çox da diqqət edilən detallar olmasa da, Nokia-nın yeni planşetinin, 12 MP keyfiyyətində şəkil və 4K keyfiyyətində video çəkə biləcəyini bildirək.
Nokia-nın yeni planşeti haqqında hələki başqa bir məlumat mövcud deyil. Bu səbəbdən planşet rəsmi olaraq elan edilənə qədər, təchizati baxımdan bir çox dəyişikliyə məruz qala bilər.
Paylaş
Bənzər xəbərlər