main-post-cover

    Nokia, 'Google', 'HTC' və 'Lenovo'dan daha çox smartfon satıb

    Elm & Texnologiya
    15.02.2018
    Farid Pardashunas
    Mobil telefon bazarında lider şirkətlər olan “Apple” və “Samsung”dan sonra “HMD Global” şirkəti də yüksək satışlar üzrə statistikalarını açıqladı.
    Beləliklə 2017-ci ilin 4-cü rübündə şirkət 4.4 milyon ədəd Nokia smartfonu satıb. Bu barədə PhoneArena saytı xəbər verib. Keçən ilin son 3 ayında 29 milyon ədəd satılaraq yüksək göstərici sərgiləmiş iPhone X modelinin fonunda “HMD Global” şirkətinin göstəricisi təbii ki, çox aşağı görünür.
    Lakin rəqabətin böyük olduğu və yüksək texnologiyalar baxımından öndə gedən şirkətlərin hegemonluq etdikləri bir bazara geri dönüş edən şirkət üçün 4.4 milyon ədəd smartfon satışı heç də pis nəticə deyil. Şirkətin bazardakı vəziyyətini yaxşı anlayan “HMD Global”ın rəhbərliyi heç də “Samsung”u və ya “Apple”ı keçmək niyyətində deyil. O əksinə digər kiçik rəqibləri geridə qoyduğuna görə sevinir. Aşağıdakı siyahıda qeyd olunmuş şirkətlər Nokia brendi altında satılmış smartfonlardan daha aşağı nəticə göstəriblər.
    - HTC
    - Sony
    - Google
    - Alcatel
    - Lenovo
    - OnePlus
    - Gionee
    - Meizu
    - Coolpad
    - Asus.
    Keçən ilin sonunda “HMD Global” üçün ən vacib bazar İngiltərə oldu. Orda isə şirkət smartfon satışı ilə məşğul olan ən böyük şirkətlər siyahısında ilk üçlüyə düşdü. Bu il üçün şirkət bir sıra maraqlı smartfon  modelləri hazırlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər