Logo
    main-post-cover

    Nokia iki yeni Android telefonla gəlir

    Gizmochina, Nokia’nın Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyən iki modeli təqdim edəcəyini açıqlayıb.

    Nokia önümüzdəki aylarda özünün 2 yeni modelini təqdim edə bilər. Nokia adı altında təqdim olunacaq bu 2 yeni model əslində 2 fərqli ekran həcminə malik eyni telefon sayılacaq. Hər iki model 2K ekran keyfiyyətinə sahib olacaq və Z-Launcherinterfeysi ilə Android 7.0 Nougat əməliyyat sistemində işləyəcək.


    Telefonlar bu rənglərdə olacaq.

    Bu modellər Snapdragon 820 prosessora, bütünlüklə metal gövdəyə ve suya, toza qarşı dayanıqlı IP68 sertifikatına sahib olacaq.
    Sızdırılan məlumatlar arasında ən önəmli detallardan biri isə cihazda 22.6MP əsas kamera olacağıdır. Nokianın bu modellərinin qiymətləri barədə isə heç bir məlumat yoxdur.
     
    Paylaş
    Bənzər xəbərlər