
"Nokia", istifadəçilərinə 1Tbps sürətində internet təklif etməyə hazırlaşır
Elm & Texnologiya
07.05.2017
Farid
"Nokia", Almaniyada Deutsche Telekom ilə iş birliyi etdiyi fiber testdə sürətini 1 Tbps-ə çatdırıb!
Yüksək internet sürəti haqda müzakirələr uzun zamandır davam
edir. Hətta indiyədək 1 Tbps sürəti təklif edən müxtəlif operator və internet
serverləri mövcuddur. 1 Tbps kimi inanılmaz sürətli məlumatların çatdırılması həmişə
ancaq testlərdə qarşımıza çıxmışdı. Ancaq Nokia Bell Labs, Deutsche Telekom və Münix
Tekniki Universitetinin ortaqlığı ilə təşkil olunan testlərdə "günlük normal şərtlərdə” 1Tbps sürətinə çata bildi.Yəni indiyədək edilən yüksək sürət testlərindən
fərqli olaraq normal internet yüklənməsini simulyasiya edən komanda, yüklənməyə
baxmayaraq 1 Tbps sürəti verə bilən ilk çalışmanı ortaya qoya bilib. Klassik
fiber sistemindən 30% daha yaxşı və sürətli məlumat təklif edən bu sistem şəbəkələrin
fiberə keçməsilə sürəti ələ keçirmiş ola bilər. Nəticə etibarilə, edilən
yeniliklər illər sonra da olsa 5G mobil məlumatların sayəsində telefon və planşetlərimizdə, fiber optik infrastrukturlar sayəsində isə evlərimizdə 1 Tbps
sürətə sahib ola biləcəklər. Ancaq bu gələcəyin yaxın olmadığı da açıqdır.
Paylaş
Bənzər xəbərlər