main-post-cover

    Nokia-nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək

    Elm & Texnologiya
    27.08.2018
    Bot Lala
    Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov Nokia korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.
    Technote.az bildirir ki, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.
    Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.
    Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən Ericsson, Nokia, Huawei Technologies kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib. (Trend) 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər