
Nokia-nın üç yeni model smartfonunun texniki göstəriciləri sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
"Nokia” smartfon bazarına bir neçə cihaz ilə qayıtmağa hazırlaşır.
Dünən şirkətin D1C və digər
flaqman modeli haqqında texniki göstəricilər internetə sızdırılmışdır. İndi isə
daha 3 smartfonun texniki göstəriciləri sızdırılıb. Nokia Pixel adlı ilk cihaz 2
nüvəli Qualcomm Snapdragon 200 prosessoru ilə təchiz olunacaq. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadın verdiyi xəbərə əsasən bu prosessor
köhnə model olduğundan indiki smartfon istehsalçıları ondan istifadə etmirlər.
Bu model 1 GB RAM-a sahib olacaq və Android 7.0.1 Nougat əməliyyat sistemi ilə
çalışacaq.
Nokia Ara adlı ikinci model də
Pixel kimi Snapdragon 200 prosessoru və 1 GB RAM ilə təchiz olunacaq. Lakin
birinci modeldən fərqli olaraq Nokia Ara, Android 5.1.1 Lollipop əməliyyat
sistemi ilə çalışacaq. Nokia Ara haqqında ilk məlumat vaxtı ikən məşhur
junalist Evan Blass tərəfindən bildirilmişdir. Lakin onun verdiyi məlumatlar nəticədə
təsdiqlənmədi.
Genymotion Nokia C2-00 PureView adlı
üçüncü cihaz isə digərlərindən fərqli olaraq 1 nüvəli Intel Pentium
G3220-ə sahib olacaq. Lakin amaraqlısı budur ki, "Intel”in bu çipi əslində iki
nüvəlidir və o, ofis kompüterləri üçün nəzərdə tutulub. Bu model smartfon 1.5
GB RAM ilə təchiz olunacaq. Bu cihazların texniki göstəriciləri bir qədər qəribıə
görünür. Onların istifadəçilər tərəfindən qurulma olduğunu da istisna etmək
olmaz. Lakin "Nokia”nın smartfon bazarına qayıtdığı dəqiqdir.
Paylaş
Bənzər xəbərlər