main-post-cover

    Nokia QWERTY klaviaturaya sahib smartfon üzərində çalışır

    Elm & Texnologiya
    18.12.2017
    Farid Pardashunas
    Bir neçə gün bundan öncə Nokia brendinin TA-1047 adlı yeni modeli sertifikatlaşdırmadan keçib.
    Anonim mənbənin verdiyi məlumata əsasən yeni Nokia modeli QWERTY klaviaturaya və 480x480 piksel keyfiyyətli 3.3 inç-lik ekrnanla təchiz olunacaq. Bununla yanaşı smartfon Snapdragon 205 prosessoruna da sahib olacaq. Maraqlısı ondadır ki, smartfon Android əməliyyat sistemi vasitisəilə çalışmayacaq. Məlumata əsasən yeni Nokia modeli KaiOS əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Bu, HTML5 əsasında qurulmuş yüngül sistem əməliyyatıdır və əsasən aşağı seqment büdcəli smartfonlar üçün nəzərdə tutulub. Lakin buna baxmayaraq o özündə bir sıra funksiyaları da birləşdirir. Məsələn, tətbiqlər üçün online mağaza, kənar tətbiqlərin dəstəklənməsi, videozəng, canlı TV yayımlarının əks edilməsi və s. Yeni Nokia modelinin qiyməti və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Bir şey məlumdur ki, Nokia brendi Asha 210 modelinin yeni geri dönüşünü reallaşdırmaq üzrə çalışır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər