
Nokia Sirocco seriyası geri qayıdır
Elm & Texnologiya
01.02.2018
Emil
Nokia 5 modeli üçün olan Android 8.0 Oreo əməliyyat sisteminin beta versiyasında yeni maraqlı məlumatlar aşkar edilib.
Belə ki, kamera tətbiqinin
kodunda gələcək Nokia modellərinin adları aşkarlanıb və əsas diqqət Nokia 8 Sirocco
modelinə ayrılıb. Köhnə Nokia seriyasında artıq bu cür ada sahib model olub.
Söhbət, Nokia 8800 Sirocco Edition telefonundan gedir. Premium model olmuş bu
telefon Nokia 8800-un davamçısı idi. Daha sonra isə 18 karatlıq qızıldan
hazırlanmış korpusa sahib Sirocco Gold Edition satışa çıxmışdı. Görünür, “HMD
Global” şirkəti məşhur premium seriyasını geri qaytarmağı planlaşdırır.

Hələki
tam olaraq aydın deyil ki, Nokia 8 Sirocco standart modeldən nə ilə fərqlənir. Bəlkə
də bu ada 2018-ci ilin flaqman modeli layiq görüləcək. Bəlkə də şirkət daha
varlı şəxslər üçün limitli Nokia 8 modeli hazırlayır. Qeyd etmək lazımdır ki,
proqram təminatının kodunda həmçinin anonsu olmamış Nokia 1, Nokia 9 və Nokia 7
Plus modellərinin adları da aşkarlanıb. Maraqlısı ondadır ki, smartfonların
adlarının yanında optika istehsalı ilə məşğul olan “Zeiss” şirkətinin adı da
qeyd olunub. Çox güman ki, bu şirkət də sözügedən smartfonların yaradılmasında
aktiv iştirak edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
