Logo
    main-post-cover

    Nokia X'in real fotoları sızdırılıb

    Görünür, HMD Global iPhone X-in yolu ilə gedəcək daha bir şirkət olacaq. Belə ki, Nokia X-in (və ya Nokia X6) real fotoları sızdırılıb və fotolardan da görmək olar ki, Nokia X HMD Global şirkətinin ön paneldən ekran çıxıntısına sahib olacaq ilk smartfon modeli olacaq. Smartfonun bütöv dizaynını aşkara çıxaran fotolar Çinin Weibo saytında sızdırılıb.

    Məlumata əsasən hal-hazırda Pekində smartfonun 2 May tarixində təqdimatı üçün hazırlıqlar gedir. Çox güman ki, şirkət əvvəlki illərin Nokia X seriyasını yenidən geri qaytaracaq və Nokia 6X bu yenilənmiş seriyanın ilk cihazlarından biri olacaq. Heç istisna deyil ki, Nokia 6X tamamilə başqa bir smartfon olsun. Məlumata əsasən Nokia X 19:9 nisbətli 5.8 inç ekran, ikili arxa kamera və ikili işıqlandırma sistemi ilə təchiz olunacaq. Smartfonun barmaq izi skanı texnologiyası isə arxa paneldə yerləşəcək.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nokia X'in real fotoları sızdırılıb | Technote