
Nokia X7-nin ön panelinin fotoları sızdırıldı
Elm & Texnologiya
23.08.2018
Emil
HMD Global şirkəti artıq bir neçə
ay ərzində X seriyasının 2 yeni smartfon modelini təqdim etdi. Qeyd etmək
lazımdır ki, məhz X seriyasının smartfonları şirkətin ekran üzərində çıxıntıya
sahib ilk smartfon modelləri oldular. Yeni sızdırılmış məlumata əsasən isə şirkət
X seriyasının yeni modeli üzərində çalışır. Belə ki, internetə güman olunan
Nokia X7 modelinin ön panelinin fotoları sızdırılıb.
Yeni model çox güman ki,
Nokia 5.1 Plus və Nokia 6.1 Plus modellərindən fərqli olaraq daha böyük ekranla
təchiz olunacaq. Lakin ekran üzərindəki çıxıntı hissəsi Nokia 5.1 Plus modelindəki
kimi olacaq. Nokia 6.1 Plus modelində çıxıntı hissə bir qədər kiçikdir.
Fotolardan əlavə olaraq verilmiş məlumata əsasən Nokia X7 Snapdragon 710 prosessoru
və 64/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfon bu ilin 4-cü rübündə və
ya gələn ilin əvvəlində təqdim oluna bilər. Onun güman olunan qiymət göstəricisi
isə 252 avrodur.
Paylaş
Bənzər xəbərlər