
Nömrəsiz belə əlaqə saxlaya biləcəyiniz telefon-XT-PRO DUAL
Elm & Texnologiya
07.05.2017
Farid
"Thuraya", peyk telefonları sayəsində inkişaf etmiş şirkətlərdən biridir. Bu cihazlar digər ağıllı telefonların funksiyasını daşımasa da əlaqə saxlamaq üçün ideal hesab oluna bilər. Belə ki, belə telefonlardan biri olan XT-PRO DUAL dünyada çox nadir sayılan xüsusiyyətlərdən birini özündə birləşdirir.
Bu telefon cüt rejimli cüt SİM kartlı olmaqla dünyada bir
ilkə imza atır. Yəni istifadəçilər peyk və GSM əlaqəsi arasında keçid edə bilər.
XT-PRO DUAL adlı bu telefon, GSM və peyk
şəbəkələri üçün iki ayrı hissəyə sahibdir. Bundan əlavə peyk və yerüstü şəbəkələrə
bağlı qalaraq zənglər arasında keçidi təmin edən "Always On" adı
verilən funksiya da mövcuddur.
Telefon, çox az sayda GSM şəbəkələrini dəstəkləyir
və çox səyahət edən istifadəçilər üçün nəzərdə tutulub. "Thuraya"nın peyk şəbəkəsi
Avropa, Afrika, Asiya və Avstraliya üzrə 160-dan çox ölkəni əhatə edir. Bundan əlavə
telefonun GSM rejimi dünya üzrə 2G və 3G-ni dəstəkləyir.
"Thuraya" bu xüsusiyyətlərə sahib olduğunu
iddia edən ilk telefon şirkəti olduğunu bildirir.
Telefonun batareyası 11 saat danışıq müddəti və 100 saata qədər gözləmə müddəti təklif edir. Təcili düyməyə sahib XT-PRO
DUAL, suya və toza dayanıqlı gövdədən əlavə Gorilla Glass cam ekrana da sahibdir.
Paylaş
Bənzər xəbərlər