
Nothing şirkətinin Ear (2) adlı yeni naqilsiz qulaqlıqlarının təqdimatlarına bir həftə qalmış insayderlər onun satış qiyməti barəsində məlumat veriblər. Məlumatda qeyd edilib ki, Ear (2) Avropa bazarında bu ayın sonunda satışa çıxacaq. İnsayderlər bildiriblər ki, Ear (2)-nin Avropa bazarındakı satış qiyməti 159 avro təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ear (1) 149 avroya satılır. Gözləntilərə əsasən Nothing Ear (2) ətraf səs-küyün adaptiv boğulması funksiyasını əldə edəcək və bir dəfə şarj olunandan sonra 6 saat ərzində çalışacaq. Şarj keysi ilə birikdə bu göstərici 36 saat təşkil edəcək. Naqilsiz qulaqlıqların gövdələri həmçinin IP54 standartı üzrə sudan qorunacaqlar.
Şərh yoxdur