Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqlar təqdim edilib - QİYMƏTİ

Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqlar təqdim edilib - QİYMƏTİ

Texnologiya
26.10.2022 PAYLAŞIM

    Nothing şirkəti Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş yeni qulaqlıqların dizaynı və şarj keysinin görünüşü daha əvvəlki məlumat sızıntıları ilə üst-üstə düşüb. Lakin qeyd etmək lazımdır ki, Nothing şirkətinin ilk naqilsiz qulaqlıq modeli olan Ear (1) ilə müqayisədə Ear (Stick) bəzi özəlliklərdən məhrum olub. Buna görə də satış qiyməti baxımından Ear (Stick) alıcıları heç də razı salmaya bilər. Beləliklə Ear (1)-dən fərqli olaraq Ear (Stick) ətraf səs-küyün ativ boğulması funksiyasına və silikon başlıqlara sahib deyil. Yeni qulaqlıqlar Nothing şirkətinin 12.6 mm-lik drayverləri ilə təchiz olunublar.


    Bununla yanaşı Ear (1)-dən fərqli olaraq Ear (Stick) bir dəfə şarj olunandan sonra daha çox çalışa bilir. Belə ki, yeni qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Ear (1)-də bu göstərici 5.7 saat təşkil edir. Lakin şarj keysinin istifadəsi halında yeni qulaqlıqların çalışma müddəti aşağı düşüb. Belə ki, şarj keysi ilə birlikdə Ear (Stick) 29 saat ərzində çalışa bilir. Ear (1)-də bu göstərici 34 saat təşkil edir. Yeni qulaqlıqlar 3 ədəd mikrofon ilə təchiz olunublar. Həmin mikrofonlar səsin ötürülməsi, danışıq zamanı ətraf səs-küyün boğulması və aşağı səs tezliklərinin itirilməsinin kompensasiyası üçün nəzərdə tutulublar. Ear (Stick) 4 noyabr tarixində 99$-a satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×