Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib

Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib

Texnologiya
03.10.2022 PAYLAŞIM

    İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, şirkət hələ keçən il ilk məhsulu qismində Nothing Ear (1) adlı naqilsiz qulaqlıqlarını təqdim etmişdi. Təqdimata hazırlaşan yeni qulaqlıqlar isə Nothing Ear (Stick) adını əldə ediblər. Təqdimata az müddət qalmış internetə yeni qulaqlıqların dizaynları ortaya çıxıb. İlk Nothing Ear modelində olduğu kimi Ear (Stick) modeli də görünüş baxımından bazarda olan digər naqilsiz qulaqlıqlardan fərqlənəcək. Bundan əlavə olaraq yeni qulaqlıqların bəzi texniki özəllikləri də məlum olub.


    Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Ear (Stick) ilk Ear (1) kimi şəffaf gövdə dizaynına sahib olacaq. Məlumatda qeyd edilib ki, Ear (1)-dən fərqli olaraq Ear (Stick) qulaqlıqları xüsusi başlığa sahib olacaqlar və bunun sayəsində onlar istifadəçinin qulaqlarında daha yaxşı şəkildə yerləşəcəklər. Ear (Stick) modelinin daha bir fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, onun şarj keysi kvadrat formada deyil, silindr formasında olacaq. Ortaya çıxmış dokumentasiyaya əsasən Bluetooth 5.2 texnologiyasının dəstəyinə sahib hər bir qulaqlıq 36 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Şarj keysi isə 350 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və özündə USB Type-C girişini birləşdirəcək. Nothing Ear (Stick) modelinin nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.



DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×