Logo
    main-post-cover

    Nothing-in CMF adlı subbrendinin ilk smart saatı barəsində rəsmi məlumat verilib

        Nothing şirkətinin CMF adlı subbrendi bir neçə müddət bundan öncə öz ilk məhsullarını təqdim edəcəyi tarixi açıqlamışdı. CMF-nın ilk təqdimat tədbiri 26 sentyabr tarixində baş tutacaq. Subbrendin həmin tədbirdə təqdim edəcəyi məhsullar arasında smart saat da olacaq. İndi isə CMF öz ilk smart saatı barəsində məlumatları təqdim etməyə başlayıb. Beləliklə brend tərəfindən təqdim edilmiş posterə əsasən smart saat 1.96 düym AMOLED ekrana sahib olacaq.
        Onun maksimal parlaqlıq səviyyəsi isə 600 nit təşkil edəcək. Smart saatın digər özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Lakin daha öncə olmuş məlumat sızıntısına inansaq, CMF-nın smart saatının gövdəsi alüminium materialdan hazırlanacaq və IP68 standartı üzrə sudan qorunacaq. Smart saat üstəlik özündə GPS-i, ürək döyüntüləri ritminin ölçülməsi üçün nəzərdə tutulmuş sensoru və telefon zənglərinin qəbul edilməsi funksiyasını birləşdirməlidir.
    Paylaş
    Bənzər xəbərlər