main-post-cover

    Nothing şirkəti yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    04.07.2022
    Farid Pardashunas
        Keçən il Nothing şirkəti öz ilk məhsulunu satışa çıxartmışdı. Söhbət, Nothing Ear (1) adlı naqilsiz qulaqlıqlardan gedir. Verilmiş yeni məlumata əsasən isə şirkət yeni naqilsiz qulaqlıqlarını təqdim etməyə hazırlaşır. Hətta yeni naqilsiz qulaqlıqların əks olunduqları ilk foto da ortaya çıxıb. Ortaya çıxmış fotolardan yeni naqilsiz qulaqlıqların dizaynlarını müşahidə etmək olar. Verilmiş məlumata əsasən şirkətin yeni qulaqlıqları Nothing Ear (1) Stick adlanacaq. Onlar xarici görünüşcə keçən ilki Nothing Ear (1)-i xatırladırlar. Yeni qulaqlıqların texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib.
        Lakin çox güman ki, söhbət, keçən ilki Nothing Ear (1)-in sadələşdirilmiş versiyasından gedir. Fotodan da görmək olar ki, Nothing Ear (1)-in şarj keysindən fərqli olaraq Nothing Ear (1) Stick-in şarj keysi uzunsov dizaynda reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Nothing Ear (1)-in şarj keysi kvadrat formasındadır. Heç istisna deyil ki, Nothing Ear (1) Stick də Nothing Ear (1) kimi ətraf səs-küyün aktiv boğulması funksiyasını əldə etsin. Lakin əgər yeni qulaqlıqlar keçən ilki qulaqlıqların daha sadələşdirilmiş versiyalarıdırsa, sözügedən funksiyanın reallaşdırılması sual altında qalır. Qeyd etmək lazımdır ki, Nothing Ear (1) Stick 12 iyul tarixində Nothing Phone (1) ilə birlikdə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər