Logo
    main-post-cover

    Nothing şirkətinin CMF adlı subbrendi təsis edilib

    Elm & Texnologiya
    07.08.2023
    Emil
        Nothing şirkətinin CEO-su Carl Pei şirkətin CMF adlı subbrendinin təsis edildiyini elan edib. Pei sözügedən subbrendin nəyə görə lazım olduğunu və onun adı altında hansı məhsulların satılacağını açıqlayıb. Onun sözlərinə əsasən Nothing şirkəti mövcud olduğu müddət ərzində unikal məhsullar yarada biləcəyini artıq sübut edib. İndi isə Pei eyni şeyi daha büdcəli elektron cihazlar bazarında reallaşdırmağı hədəfləyib. Bu işdə isə ona məhz CMF brendi yardımçı olacaq.
        Sözügedən yeni brend altında satılacaq məhsullarda əsas diqqət dizayna və istifadədə rahatlığa ayrılacaq. “Müxtəlif müştərilər müxtəlif məhsulları tələb edirlər. Məhz buna görə biz, CMF brendini təqdim edirik. Bu brend altında sıfırdan hazırlanmış əlçatan məhsullar satılacaq” - deyə Carl pei qeyd edib. Bu yeni brendin əsas məqsədi alıcılara yaxşı görünüşə sahib olacaq və yaxşı çalışacaq məhsulları təqdim etməkdir. Heç istisna deyil ki, CMF-ın ilk məhsulu məhz smart saat olacaq. Belə ki, bir neçə müddət bundan öncə sözügedən brend Hindistanda qeydiyyatdan keçmişdi və smart saatlar kateqoriyasına daxil edilmişdi.
    Paylaş
    Bənzər xəbərlər