Logo
    main-post-cover

    Nothing şirkətinin naqilsiz səsgücləndiricisinin ilk fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    03.03.2023
    Emil
        Nothing şirkəti öz cihazlar kataloqunu yeni məhsul ilə genişləndirməyi hədəfləyib. Bu yaxınlarda Nothing şirkətinin CEO-su Carl Pei müsahibələrin birində qeyd etmişdi ki, şirkət özü üçün tamamilə yeni olan bir məhsul üzərində çalışır. İndi isə məlum olub ki, söhbət, naqilsiz səsgücləndiricidən gedir. İnsayderlər Nothing şirkəti tərəfindən hazırlanan naqilsiz səsgücləndiricinin ilk fotosunu təqdim ediblər. Təqdim edilmiş fotodan da görmək olar ki, səsgücləndirici şirkətin Nothing Phone (1) smartfonu və naqilsiz Ear (1) qulaqlıqları tərzində dizayna sahib olacaq. Bununla yanaşı fotoda görmək olar ki, səsgücləndiricinin kənar hissələrində idarəetmə düymələri mövcuddur. Şirkətin ilk naqilsiz səsgücləndiricisinin texniki özəllikləri və onun nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər