
Nothing şirkətinin subbrendinin ilk hansı məhsulları təqdim edəcəyi məlum olub
Elm & Texnologiya
28.08.2023
Emil
Avqustun əvvəlində məlum oldu ki, Nothing şirkəti CMF adlı subbrendini təsis edib. Həmin vaxtda Nothing CEO-su Carl Pei bildirmişdi ki, sözügedən subbrend yüksək keyfiyyətə və münasib qiymətlərə sahib cihazlar üçün nəzərdə tutulub. İndi isə CMF adlı subbrendin ilk olaraq hansı məhsulları satışa çıxaracağı və onların hansı qiymətə satılacağı barəsində posterlər ortaya çıxıb. Beləliklə subbrendin ilk məhsulları arasında CMF Watch Pro smart saatı, CMF Buds Pro naqilsiz qulaqlığı və 65 vatt gücündə olacaq CMF Power GaN şarj adapteri olacaq. Satış qiymətlərinə gəldikdə isə CMF Watch Pro 42$-a, CMF Buds Pro 54$-a, CMF Power GaN isə 36$-a satılacaq.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
