
Noutbooklar üçün barmaq izi sensorlu USB cihaz
Elm & Texnologiya
07.05.2017
Farid
Müxtəlif cihazlar üçün sensor panellərin və idarəetmə
sistemlərin istehsalı ilə məşqul olan Synaptics şirkəti Turnkey adlı barmaq izi
sensorlu USB açar təqdim edib. Bu kiçik cihaz sayəsində istifadəçilər hətda ən
köhnə noutbooklarını belə qoruya biləcəklər. Yeni cihaz USB girişi olan hər bir
Windows kompüteri ilə çalışır. Turnkey istifadəçiləri yaddaşlarda şifrə
saxlamaq problemindən azad edir. Kompüterə daxil olmaq üçün istifadəçi cihazı
USB giriş vasitəsi ilə kompüterə qoşub barmağını cihazın üstündəki barmaq
tanıma sensoruna yaxınlaşdırmalıdır. Bundan sonra istifadəçi rahatlıqla
kompüterinə daxil ola biləcək. Synaptics-in verdiyi məlumata əsasən cihaz Windows
Hello və Microsoft Passport identifikasiya xidmətləri ilə əlaqəlidir. Düzü
cihaz USB girişə bərkidilmir. Buna görə də aydın deyil ki, istənilən hacker həmin
cihazı yerindən çıxardıb kompüterı qıra bilər yoxsa yox? Hər-halda şirkət
cihazın istehsalını bu ilin 4-cü rübünə planlaşdırır. Onun qiyməti barəsində isə
heç bir məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər