main-post-cover

    Növbə Samsung'dadır: Şirkət gamerlər üçün smartfon hazırlayır

    Elm & Texnologiya
    24.07.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə istehsalçılar ciddi şəkildə gamerlər üçün smartfon istehsalı ilə məşğul olmağa başladılar. Hələ 2011-ci ildə Sony Ericsson gamerlər üçün ilk oyun smartfonlarından biri olan Xperia Play modelini təqdim etmişdi. Keçən ilin sonunda Razer şirkəti də özünün istehsalı olan gamer smartfonunu təqdim etmişdi. Bu il isə Xiaomi şirkəti Black Shark modelini, Nubia şirkəti Red Magic modelini təqdim etdi. Həmçinin Huawei şirkətindən də belə bir smartfon gözlənilir. İndi isə növbə Samsung şirkətindədir.
        Samsung-un öz gamer smartfonunu hazırlaması məlumatı Twitter-də olan MMDDJ adlı mənbədən yayılıb. Qeyd etmək lazımdır ki, bu mənbə Samsuing məhsulları üzrə doğru məlumatları ilə tanınır. Lakin təəssüflər olsun ki, mənbə söhbətin hansı model Samsung cihazından getdiyi barəsində heç bir məlumat verməyib. Buna baxmayaraq digər bir mənbənin verdiyi məlumata əsasən gamer smartfonu altında məhz Galaxy X modeli durur. Nəzərə alsaq ki, Galaxy X smartfonu əyilə bilən olacaq, onun gamerlər üçün smartfon kimi təqdim olunması gözləniləndir. Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən Galaxy X 2000$ yaxın qiymət göstəricisi ilə satılacaq və gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər