main-post-cover

    Növbəti 13 il ərzində avtomatlaşdırma sistemi 800 milyon insanı işsiz qoyacaq

    Elm & Texnologiya
    30.11.2017
    Emil Nəcəfov
    “McKinsey & Co” konsaltinq şirkətinin analitikləri bildiriblər ki, avtomatlaşdırma sistemi yaşayış ölkəsindən asılı olmayaraq hamıya təsir edəcək.
    Optimistik proqnozlara əsasən 13 ildən sonra 400 milyon insan yeni iş yeri axtarmalı olacaq. Ən pis halda isə bu göstərici 800 milyon insan olacaq. İnsanlar yeni peşələrə yiyələnməli olacaqlar. Təbii ki, bu halda dövlət tərəfindən verilməsi düşünülən müavinətsiz də keçinməyəcək. Beləliklə şirkətin proqnozlarına əsasən 2030-cu ilə kimi artıq 800 milyon insan işsiz qalacaq. Bu isə bütün işçi qüvvəsiin 1/5 hissəsi deməkdir.
    Bu cür nəticəyə analitiklər 46 ölkədə 800 peşənin analizindən sonra gəliblər. Avtomatlaşdırma sistemi qeyri-bərabər şəkildə bütün ölkələrə təsir edəcək. Müəyyən ölkələrdə robot və alqoritmlər iş qüvvəsinin 1/3 hissəsini, bəzilərində isə 15%-ni öz üzərlərinə götürəcəklər. Avtomatlaşdırma sisteminin inkişafı bu və ya digər ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı olacaq. Şirkətin proqnozlarına əsasən 13 ildən sonra 75 milyondan 375 milyona kimi insan (işçi qüvvəsinin 3-14%-i) öz fəaliyyət istiqamətini dəyişməli olacaq. Digərləri isə yeni sistemə öyrəşməli və öz ixtisaslaşma səviyyələrini yüksəltməli olacaqlar.

    İlk öncə robotlar dəzgah operatorlarını və fast-food restoranlarının əməkdaşlarını əvəz edəcəklər. Onlar isə öz növbəsində yeni peşələrə yiyələnmək imkanına sahib olacaqlar. Ümumilikdə isə idarə heyətinin rəhbəri və mütəmadi olaraq sosioloji ünsiyyəti tələb edən peşələrə avtomatlaşdırma sisteminin təhlükəsi ola bilər ki, heç təsir etməsin. Əmək bazarında olan nisbi balansa baxmayaraq maaş fərqliliyi kəskin olacaq. Bu əsasən iqtisadiyyatı inkişaf etmiş ölkələrə aiddir. Şirkət artıq indidən əmək bazarının dəyişikliklərinə hazırlanmağı dövlətlərə məsləhət görür. Məsələn, işsizliyə görə sığortanın verilməsi və ya bir işdən çıxıb hələ də yeni iş tapa bilməyən insanlara müavinət sisteminin təyin olunması. 
    Linki kopyala