Logo
    main-post-cover

    Növbəti Apple MacBook noutbukları barəsində məlumat verilib

        Bloomberg saytının analitiki Mark Gurman Apple şirkətinin yaxın zamanda təqdim edəcəyi yeni MacBook modelləri barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən Apple hal hazırda 15 düym ekranlı MacBook Air, 13 düym ekranlı yenilənmiş MacBook Air və 13 düym ekranlı yenilənmiş MacBook Pro üzərində çalışır. İnsayder bildirib ki, bu noutbuklar və ya onlardan bəziləri Apple şirkətinin iyun ayında tərtibatçılar üçün keçirəcəyi WWDC 2023 konfransı çərçivəsində təqdim ediləcək.
        Bununla yanaşı Gurman-ın sözlərinə əsasən hazırlanan bu yeni MacBook modelləri böyük ehtimal ilə Apple M3 prosessoru ilə təchiz olunmayacaqlar. Məlumata əsasən 15 düym ekranlı MacBook Air modeli Apple M2 prosessoru vasitəsilə çalışacaq. Lakin 13 düym ekranlı yenilənmiş MacBook Air ilə 13 düym ekranlı yenilənmiş MacBook Pro-nun hansı prosessor vasitəsilə çalışacaqları aydın deyil. Belə ki, sözügedən noutbuklar artıq Apple M2 ilə təchiz olunurlar.
    Paylaş
    Bənzər xəbərlər