main-post-cover

    Növbəti Galaxy Note modeli, bükülə bilən ekrana sahib olacaq

    Elm & Texnologiya
    13.09.2017
    Farid Pardashunas

    “Samsung”, elastik ekranları hələ bir neçə il bundan öncə göstərmişdi və hər il şaiyələr yayılırdı ki, yaxın zamanda elastikli cihazlar təqdim olunacaq.

    Bununla belə şirkət, çərçivəsiz və yanları əyilmiş şəkildə olan smartfonların istehsalına davam etsə də, gələn il bizləri tamamilə yeni tərz cihazlar gözləyə bilər. Bu cür bəyanatı, “Samsung Electronics” şirkətinin mobil şöbəsinin prezidenti Koh Dong-jin, müsahibələrinin birində bildirib. O bildirib ki, artıq 2018-ci ildə şirkət, Galaxy Note seriyası çərçivəsində elastik ekrana sahib smartfonu təqdim edəcək. “Sözügedən şöbənin rəhbəri olaraq deyə bilərəm ki, bizim hal hazırki məqsədimiz, gələn il bu cür cihazı təqdim etməkdir. Biz, bütün problemləri həll edəndən sonra bu texnologiyanı təqdim edə biləcəyik” – deyə Koh Dong-jin qeyd edib. Şirkətin hansı problemlərlə qarşılaşdığı barəsində heç bir məlumat yoxdur. Bununla yanaşı yeni modelin necə görünəcəyi də məlum deyil. Belə ki, o, sözün əsl mənasında bükülə bilən və ya qapaqlı telefon tərzində ola bilər. Çox güman ki, elastikli Galaxy Note, şirkətin, Galaxy Note Edge cihazı kimi ilk təcrübi smartfonu ola bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər