Logo
    main-post-cover

    Növbəti watchOS yenilənməsindən sonra Apple Watch-ların ekranlarında yaşıl kölgə əmələ gəlib

    Elm & Texnologiya
    23.05.2023
    Emil
        Reddit istifadəçilərinin verdikləri məlumata əsasən watchOS 9.5 yenilənməsindən sonra onların Apple Watch smart saatlarının ekranlarında yaşıl rəngli kölgə əmələ gəlib. İstifadəçilər qeyd ediblər ki, bu problemə yalnız bəzi Apple Watch modellərində rast gəlinir. Söhbət, Watch Series 8 və ondan daha əvvəlki modellərdən gedir. Watch SE Watch Ultra modelləri arasında sözügedən problemə çox nadir hallarda rast gəlinir. İstifadəçilər bildiriblər ki, bu problemin yaşandığı Apple Watch modellərində ekranlar şifrənin daxil edilməsi, idarəetmə mərkəzinə keçid və bildirişlərin deaktiv edilməsi zamanı yaşıl rəngli kölgə ilə əhatə olunurlar. Apple bu barədə hələ rəsmi bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, daha öncə buna bənzər problem həmçinin iPhone-larda da yaşanmışdı və problemin səbəbi proqram təminatında idi.
    Paylaş
    Bənzər xəbərlər