main-post-cover

    Nuance Dragon Drive: Gələcəyin avtomobil platformasına ilk baxış (VİDEO)

    Elm & Texnologiya
    07.01.2018
    Farid Pardashunas
    Proqram təminatı üzrə fəaliyyət göstərən “Nuance” şirkəti müasir avtomobillər üçün Dragon Drive adlı yeni platformanı təqdim edib.
    Yeni platforma süni zəka, artırılmış reallıq, baxışın və səsin təyin olunması və s. texnologiyaları əsasında hazırlanıb. Məsələn platformada olan Just Talk funksiyası sayəsində istifadəçi hər dəfə hansısa düyməyə klik etmədən və ya xüsusi əmr vermədən virtual köməkçi ilə ünsiyyət qura bilər. Şirkət tərəfindən təqdim olunmuş videoda isə o, avtomobillərin gələcəyi haqqında öz baxışını əks etdirib.
    Sistemin digər özəlliklərinə gəldikdə isə sürücü avtomobil daxilindən hansısa obyektə baxaraq onunla qarşılıqlı əlaqədə ola bilər. Məsələn hansısa restoran və ya kafenin yanından keçəndə sürücü həmin yerin çəkilmiş fotolarını görə və ya həmin yerə zəng edə biləcək. “Avtomobillər sürətlə inkişaf edir və süni zəka üçün aparıcı platforma ola bilərlər. Əsasən bu, internetə qoşulmuş pilotsuz sistemli avtomobillər ilə mümkün olacaq” – deyə şirkət bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər