Logo
    main-post-cover

    Nüfuzlu insayder Huawei Kirin prosessorlarının geri dönüşlərini təsdiqləyib

        Hələ bir neçə saat bundan öncə məlumat ortaya çıxdı ki, Huawei yeni Kirin prosessorlarının istehsalına hazırlaşır. Məlumatda qeyd edilmişdi ki, istehsala hazırlaşan yeni Kirin prosessorlarından biri artıq son hazırlanma mərhələsindədir. İndi isə Digital Chat Station ləqəbli məşhur nüfuzlu insayder Çinin Weibo adlı sosial şəbəkəsində bu məlumatı təsdiqləyib.
        Belə ki, insayder öz Weibo hesabında “Kirin prosessorları geri qayıdırlar” mesajını qeyd edib. İnsayder əlavə olaraq qeyd edib ki, söhbət, flaqman smartfonlar üçün nəzərdə tutulmuş prosessordan getmir. Burdan da belə qənaətə gəlmək olar ki, yeni Kirin orta seqment smartfonlarda istifadə ediləcək. Buna görə də yaxın zamanda təqdim olunacaq Mate 60 smartfon seriyasında flaqman Kirin prosessorundan istifadə ediləcəyi ilə bağlı olmuş məlumat sızıntıları nəticədə özlərini doğrultmadılar.
    Paylaş
    Bənzər xəbərlər