
NVIDIA daha güclü süni zəka çipini anons edib
Elm & Texnologiya
11.08.2023
Emil
NVIDIA şirkəti ən qəliz generativ süni zəka tapşırıqlarının öhdəsindən gələ biləcək GH200 adlı yeni süni zəka çipini anons edib. GH200 çipi H100-ün sahib olduğu GPU-nu özündə birləşdirəcək. H100 hal hazırda NVIDIA-nın ən güclü və məşhur süni zəka çipidir. Lakin H100-dən fərqli olaraq GH200 modeli daha böyük həcmli yaddaşa sahib olacaq. NVIDIA təmsilçilərinin sözlərinə əsasən GH200 əsasında çalışacaq sistemlər 2024-cü ilin ikinci rübündə işə düşəcəklər. Şirkət GH200-ün hansı qiymətə satılacağını açıqlamayıb. H100 hal hazırda 40 000$-a satılır.
Paylaş
Bənzər xəbərlər