Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 3060 Ti videokartının istehsalı dayandırılır

    Elm & Texnologiya
    16.05.2023
    Emil
        2 ildən bir qədər çox müddət ərzində GeForce RTX 3060 Ti videokartı alıcılar arasında ən məşhur videokart olub. Lakin NVIDIA şirkəti bu videokartın istehsalını dayandırmaq qərarına gəlib. Məlumata əsasən şirkət sözügedən videokartda istifadə edilən GA104 adlı qrafik çipi artıq istehsal etmir. Qeyd etmək lazımdır ki, uzun müddət ərzində GeForce RTX 3060 Ti videokartını əldə etmək çox çətin idi. Belə ki, kriptovalyuta mayninqi ilə məşğul olanlar 2021-ci ildə videokartları kütləvi şəkildə əldə edirdilər.
        Bu isə öz növbəsində videokartların qıtlığına və onların satış qiymətlərinin yüksəlməsinə gətirib çıxartdı. Buna baxmayaraq GeForce RTX 3060 Ti videokartı GeForce RTX 60 seriyasının digər modelləri kimi alıcılar arasında çox məşhur olmağı bacardı. Qeyd etmək lazımdır ki, GeForce RTX 3060 Ti-da istifadə edilən GA104 qrafik çipi həmçinin GeForce RTX 3070-də də istifadə edilir. Lakin GeForce RTX 3070-dən fərqli olaraq GeForce RTX 3060 Ti-daki GA104 daha az sayda CUDAtenzor nüvələrinə sahibdir və daha aşağı tezlikdə çalışır. Artıq yaxın zamanda GeForce RTX 3060 Ti GeForce RTX 4060 Ti tərəfindən əvəzlənəcək.
    Paylaş
    Bənzər xəbərlər