NVIDIA GeForce RTX 4060 Ti videokartı təqdim edilib - QİYMƏTİ

NVIDIA GeForce RTX 4060 Ti videokartı təqdim edilib - QİYMƏTİ

Texnologiya
19.05.2023 PAYLAŞIM

    NVIDIA şirkəti GeForce RTX 4060 ilə yanaşı həmçinin RTX 4060 Ti videokartını da təqdim edib. Bu videokart iki versiyada təqdim edilib. Onlardan biri 8 GB VRAM, digəri isə 16 GB VRAM ilə təchiz olunub. RAM hər iki versiyada GDDR6 standartlıdır. RTX 4060 Ti məlumatların saniyədə 288 GB sürətlə ötürülməsini mümkün edir. Videokart özündə TSMC şirkətinin yaxşılaşdırılmış 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış AD106-350/351 qrafik prosessorunu birləşdirir.

    GPU 2.54 GHz tezlikdə çalışan 4352 ədəd CUDA nüvəsinə sahibdir. Onun enerji sərfiyyatı isə 160 vatt təşkil edir. Adi RTX 4060-da olduğu kimi RTX 4060 Ti-da da DLSS 3 texnologiyasının dəstəyi var. Bunun hesabına yeni videokart RTX 3060 Ti ilə müqayisədə 70% daha yüksək performans sərgiləyir. RTX 4060 Ti videokartının hər iki versiyası iyul ayında satışa çıxacaq. 8 GB VRAM-a sahib versiya 400$-a, 16 GB VRAM-a sahib versiya isə 500$-a satılacaq.




DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×