main-post-cover

    NVIDIA GeForce RTX 4060 videokartının satış tarixi və performans göstəricisi barəsində məlumat verilib

    Elm & Texnologiya
    18.11.2022
    Farid Pardashunas
     
        İnsayderlər NVIDIA GeForce RTX 4060 videokartının satış tarixi və performans göstəricisi barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən GeForce RTX 4060 videokartı gələn ilin iyun ayının sonuna yaxın satışa çıxacaq. Yeni videokartın performansına gəldikdə isə məlumatda qeyd edilib ki, onun performansı GeForce RTX 3060-dan 20% daha yüksək olacaq.
        Başqa sözlə desək, GeForce RTX 4060-nın performans göstəricisi GeForce RTX 3070-in performans göstəricisi səviyyəsində olacaq. Gözləntilərə əsasən yeni videokartın enerji sərfiyyatı GeForce RTX 3060-dan daha aşağı olacaq və 180 vatt-ı keçməyəcək. Bu isə öz növbəsində GPU-nun soyudulması effektivliyinə təsir göstərməlidir. GeForce RTX 4060 həmçinin DLSS 3.0 texnologiyasının dəstəyini də əldə edə bilər. Güman olunur ki, GeForce RTX 4060-nin satış qiyməti GeForce RTX 3060 Ti modelinin satış qiyməti səviyyəsində olacaq. Söhbət, 400$-dan gedir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər