
NVIDIA GeForce RTX 4070 videokartı Geekbench 5 testindən keçib
Elm & Texnologiya
04.04.2023
Emil
NVIDIA GeForce RTX 4070-in təqdimatına sayılı günlər qalmış videokart Geekbench 5 bençmark testindən keçib. Onun Geekbench 5 test nəticəsi isə videokartın performansının RTX 4070 Ti, 3080 Ti, 3080 və 3070 videokartlarının performansları ilə müqayisə etmək imkanını verib. Əgər təqdim edilmiş screenshot foto həqiqətə uyğundursa, RTX 4070 videokartı Geekbench 5 testi çərçivəsində 177 594 xal toplayıb. Lakin bu test nəticəsi təsdiqlənməmiş kimi qeyd edilib.
Digər videokartlar ilə müqayisə edən zaman görmək olar ki, RTX 4070-in nəticəsi RTX 3080 Ti modelinin nəticəsindən 16% aşağıdır. Lakin RTX 4070-in bu nəticəsi demək olar RTX 3080-in nəticəsi ilə eynidir. RTX 4070-in nəticəsini artıq satışa çıxmış RTX 4070 Ti modelinin nəticəsi ilə müqayisə edən zaman məlum olur ki, 4070 modelinin nəticəsi 19% daha aşağıdır. Lakin RTX 3070 ilə müqayisədə RTX 4070-in nəticəsi 20% daha yüksəkdir. Qeyd etmək lazımdır ki, GeForce RTX 4070-in 13 aprel tarixində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər