Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 4070 videokartının bəzi texniki özəllikləri məlum olub

        NVIDIA şirkətinin GeForce RTX 4070 videokartının təqdimatından öncə onun bəzi texniki özəllikləri və satış qiyməti barəsində məlumatlar internetdə ortaya çıxıb. Məlumatlara əsasən GeForce RTX 4070 videokartı istifadəçiləri yaxşı səviyyədə performans ilə yanaşı həmçinin orta səviyyəli enerji sərfiyyatı və nisbətən ucuz qiyməti ilə sevindirəcək. Beləliklə verilmiş məlumata əsasən GeForce RTX 4070 GDDR6X standartlı 12 GB videoyaddaş ilə təchiz olunacaq.
        Bununla belə videoyaddaşın, məlumatların ötürülməsi sürəti saniyədə 504 GB təşkil edəcək. Videokartın hansı sayda CUDA nüvəsinə sahib olacağı qeyd edilməsə də, onun DLSS 3.0 texnologiyasının dəstəyinə sahib olacağı bildirilib. Üstəlik videokart özündə dördüncü nəsil tenzor nüvələrini və üçüncü nəsil RT nüvələrini birləşdirəcək. Məlumatda qeyd edilib ki, GeForce RTX 4070-in ortalama enerji sərfiyyatı 186 vatt təşkil edəcək. Gözləntilərə əsasən videokartın qiyməti 599$ təşkil edəcək. Lakin onun OEM versiyasının qiyməti bir qədər baha qiymətə satıla bilər. Videokartın təqdimatı bu ayın ortasına gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər