
NVIDIA RTX 4070 Ti videokartının təqdimat və satış tarixləri məlum olub
Elm & Texnologiya
10.11.2022
Emil
Bir neçə müddət bundan öncə NIVIDA şirkəti RTX 4080 videokartının adını RTX 4070 Ti-ya dəyişdi. Seçilmiş yeni ad öz növbəsində videokartın texniki özəlliklərinə çox uyğundur. İndi isə RTX 4070 Ti videokartının nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində məlumat verilib. Verilmiş məlumata əsasən şirkət sözügedən videokartı 3 yanvar tarixində təqdim etməyi planlaşdırır. Satış tarixinə gəldikdə isə məlumata əsasən, RTX 4070 Ti modeli 4 yanvar tarixində satışa çıxacaq. İnternetdə hətta videokartın satış qutusunun üzlüyünün fotosu da ortaya çıxıb. Qeyd etmək lazımdır ki, RTX 4070 Ti modeli AD104-400 qrafik prosessoru əsasında hazırlanıb. Videokart 48 MB keş və 12 GB GDDR6X videoyaddaşını əldə edəcək. Güman olunur ki, yeni videokart adi RTX 4070-dən 30-40% daha sürətlə çalışacaq. RTX 4070 Ti modelinin hansı qiymətə satılacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
