
NVIDIA saxta videokartlarla mübarizəyə başlayır
Elm & Texnologiya
31.03.2023
Emil
Çinin online ticarət platformalarında az tanınan brendlər tərəfindən təklif edilən çoxlu sayda müxtəlif NVIDIA videokartına rast gəlmək olar. Çox hallarda həmin az tanınan istehsalçılar alıcıların realda gözlədiklərinin əksi olan məhsulları sataraq onları aldadırlar. NVIDIA isə öz növbəsində buna son qoymaq qərarına gəlib. 51RISC, Corn və MLLSE kimi brendlər daha əvvəllər öz məhsullarını yalnız Çində satırdılar. Lakin bugünki gündə onların məhsullarını həmçinin eBay, Amazon və Newegg kimi platformalarda tapmaq olar. Bu isə öz növbəsində NVIDIA-nın bu məsələyə ciddi yanaşmasına səbəb olub.
Bundan əlavə olaraq sözügedən brendlərin videokartları NVIDIA-nın rəsmi partnyorları tərəfindən satılan videokartların qiymətlərindən daha aşağı olur. Əsas problem isə az tanınan brendlərin NVIDIA adından istifadə etmələri deyil, istifadəçilərin aldadılmasıdır. Məsələ burasındadır ki, az tanınan Çin brendləri kriptovalyuta mayninqində istifadə edilmiş videokartlardakı yaddaş çiplərinin rənglərini dəyişərək onları yeni videokartlar adı ilə istifadəçilərə satırlar. Hal hazırda isə bazarda kriptovalyuta mayninqində istifadə edilmiş çoxlu sayda videokart var. NVIDIA öz növbəsində bu az bilinən brendlər ilə hansısa əlaqəsinin olduğunu təkzib edir. İndi saxta videokartların yayılması ilə mübarizə üçün şirkət JD.com, Douyin, Pinduoduo və Tmall kimi platformalar ilə əməkdaşlıq edir.
Paylaş
Bənzər xəbərlər