main-post-cover

    NVIDIA videokartlarına sahib Chromebook-ların hazırlanması ideyası ləğv edilib

    Elm & Texnologiya
    21.08.2023
    Emil Nəcəfov
        Güclü videokartlara sahib ChromeOS əməliyyat sistemli noutbukların satışa çıxarılacağı barəsində məlumatlar artıq bir neçə ildir ki, ortalıqda gəzirlər. Lakin görünür, bu ideya heç zaman reallaşmayacaq. Belə ki, ChromeOS əməliyyat sistemini analiz etmiş insayderlərin sözlərinə əsasən Google bu məsələdə planlarını dəyişib.
        Məlumatda qeyd edilib ki, NVIDIA videokartlarına sahib bir neçə Chromebook modelinin ləğv edilməsi barəsində məlumat ChromeOS əməliyyat sisteminin kodunda aşkar edilib. Google şirkətinin bu cür ideyadan hansı səbəbə görə imtina etdiyi bilinmir. Lakin məlumdur ki, NVIDIA videokartlarına sahib Chromebook-ların hazırlanması dayandırılıb. Google isə öz növbəsində bu mövzuya heç bir fikir bildirməyib. Nəticədə Chromebook-larda yüksək keyfiyyətli oyunları işə salmağın yeganə yolu kimi bulud servisləri qalırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər