main-post-cover

    Nvidia-nın yeni 'əjdaha' videokartları RTX 3000 seriyasının qiymətləri sızdırıldı

    Elm & Texnologiya
    22.08.2020
    Nijat Hamid
            Nvidia şirkəti yeni Ampere arxitekturasında hazırlanan RTX 3000 seriyalı videokartları təqdim etməyə hazırlaşır. Təqdimatına 1 aydan az qalmış yeni videokartların satış qiymətləri Twitter üzərindən sızdırıldı. Verilən məlumatlara görə yeni videokart ailəsi verdiyi performans artımına nəzərən daha bahalı olacaq.

    Nvidia RTX 3090 videokartının ilkin görüntüsünü sızdıran Twitter istifadəçisi bu səfər bu videokartların satış qiymətini sızdırdı.

            Nvidia RTX 3060 3070 videokartlarının RTX 2060 2070-in ilkin satış qiymətlərinə yaxın bir qiymətlə satılacağı görünür. Yəni qiymət artımı çox da yüksək olmayacaq. Lakin üst səviyyə dediyimiz RTX 3080 3090 videokartlarının qiyməti isə ciddi dərəcə bahadır. Sızdırılan məlumata görə yeni RTX seriyasının minimum qiyməti 400 dollar, maksimum qiyməti isə 1400 dollar olacaq. Wccftech tərəfindən verilən məlumata görə ən üst model olan RTX 3090 videokartı keçən ilin ən üst modeli olan RTX 2080 Ti-dan sadəcə 20% daha güclü olacaq. Bu səbəbdən RTX 3090-ın 1400 dollarlıq satış qiyməti istifadəçilər tərəfindən məntiqsiz qarşılanıb və narazıçılığa səbəb olub.
            Qeyd edək ki, bu satış qiymətinə görə performans fərqi 20% deyil, minimum 50% olmalı idi. Nvidia-nın videokart bazarında yeni-yeni güclənən rəqibi AMD isə hələki yeni videokartlarının satış qiymətləri haqqında bir məlumat verməyib. Lakin yenə də nəzərə almaq lazımdir ki, bu satış qiymətləri rəsmi olaraq Nvidia tərəfindən təsdiqlənməyib. Bu səbəbdən qiymətlər dəyişə bilər. Technote olaraq məsləhət görürük ki, həm AMD, həm Nvidia yeni nəsil videokartlarını satışa çıxarmasını gözləyəsiniz.
            Aşağıdakı cədvəldə yeni RTX 3000 seriyasının təqdimat tarixlərini və spesifik parametrlərini görə bilərsiniz. Board ID yazılan hissədə RTX 3000 videokartlarının model nömrələri yerləşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər