main-post-cover

    Nvidia-nın yeni texnologiyası videozənglərin keyfiyyətlərini yüksəldəcək (VİDEO)

    Elm & Texnologiya
    06.10.2020
    Farid Pardashunas
        Son zamanlar videozəng tətbiqləri çox məşhurlaşıblar və əsasən də koronavirus pandemiyası səbəbilə bu cür tətbiqlərdən istifadə edənlərin sayı getdikcə artır. Lakin çox zaman bu cür tətbiqlərin yüksək sürətli internet bağlantısı tələbləri olur. Bu problemi Nvidia mütəxəssisləri aradan qaldırmağı qərara alıblar. Bu barədə The Next Web saytı xəbər verib. Beləliklə Nvidia şirkəti videozəng tətbiqlərinin yüksək sürətli internet bağlantısı tələblərini 10 dəfə aşağı salan yeni alqoritm təqdim edib.
        Nvidia Maxine adını əldə etmiş bu yeni texnologiya təsvirin emal olunması üçün GAN (Generative Adversarial Network) aqoritmindən istifadə edir. Xüsusi alqoritm videozəngdə iştirak edənlərin əsas üz əlamətlərini analiz edərək həmsöhbət şəxsə yalnız əsas pikselləri təqdim edir. Çatışmayan piksellər isə neyron şəbəkəsi vasitəsilə lokal rejimdə hazırlanır. Tərtibatçılar qeyd ediblər ki, bu üsul yüksək sürətli internetə tələbatı dəfələrlə aşağı salır.
        Bununla yanaşı tərtibatçılar vizeozənglər üçün olan tətbiqləri əlavə funksiyalar ilə də təkmilləşdirə bilərlər. Məsələn tərcüməçi sistemi, altyazılar, virtual assistentlər, animasiyalı avatarlar və s. Şirkətin verdiyi məlumata əsasən computer vision tərtibatçıları, proqram təminatı üzrə partnyorlar, startaplar, videozənglər üçün müxtəlif tətbiqlər və servislər hazırlayan kompüter istehsalçıları Nvidia-nın bu yeni platformasından istifadə üçün sorğu göndərə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər