main-post-cover

    Nvidia, yeni əjdaha RTX 3000 videokartlarını təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    04.05.2020
    Nijat Hamid
            Nvidia şirkəti yeni Ray Tracing dəstəkli RTX 3000 videokart seriyasını təqdim etməyə hazırlaşır. Sızdırılan məlumatlara görə videokart satan şirkətlər indidən RTX 2000 seriyasına aid stokları satıb qurtarmağa çalışır. Bu haqda China Times məlumat verir.

    Nvidia yeni əjdaha RTX 3000 seriyası videokartlarını bu ilin 3.rübündə təqdim edəcək!

            Videokart ekosistemində hal-hazırda 2 istehsalçı var: NvidiaAMD. Bu iki şirkət videokartları hazırlayır, Asus, Msi, Gigabyte və s. Kimi şirkətlər isə bu videokartları modifikasiya edərək satırlar. Bu şirkətlər AİB adlanır. İndi isə bu AİB şirkətlər öz stoklarını bitirməyə çalışırlar. Çinli mənbəyə görə bu şirkətlər 3.rübdə təqdim olunacaq RTX 3000 seriyası videokartlar üçün hazırlıq görürlər.
            RTX 3000 videokartları yeni Ampere arxitekturası istifadə edəcək. Chine Times-ın verdiyi məlumatlara görə Nvidia şirkəti RTX 3070, RTX 3080 RTX 3080 Ti videokartlarını təqdim edəcək. RTX 3060 isə 2021-in 1.rübündə təqdim ediləcək. Təxminlərə görə koronavirusa görə bu videokartlar təqdim olunsa belə satış prosesi 2021-ə qədər uzaya bilər. Hal-hazırda Asus, MsiGigabyte kimi şirkətlər mövcud olan videokartların qiymətlərində müəyyən qədər endirimlər ediblər. Əgər kompüter yığdırmaq niyyətiniz varsa bir müddət gözləməyiniz daha yaxşı olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər