
Nyu York ştatında kriptovalyutaların ənənəvi yanacaq növləri vasitəsilə mayninqi qadağan edilib
Elm & Texnologiya
24.11.2022
Emil
ABŞ-ın Nyu York ştatının qubernatoru Kathy Hochul-un imzalamış olduğu yeni qanun Nyu York ştatı regionunda kriptovalyuta mayninqini məhdudlaşdıracaq. Beləliklə qəbul edilmiş qanuna əsasən əgər kriptovalyuta mayninqi ekoloji təmiz enerji mənbələri vasitəsilə reallaşdırılmırsa, mayninq prosesinə 2 illik qadağa tətbiq ediləcək. Bu qanun ənənəvi yanacaq növləri vasitəsilə çalışan elektrostansiyalardan enerji alan təchizatlar vasitəsilə reallaşdırılan kriptovalyuta mayninqinə icazənin verilməsinə və verilmiş icazə müddətinin uzadılmasına moratorium tətbiq edir. Bundan əlavə olaraq qadağanın tətbiq edilməməsi üçün kriptovalyutanın sahib olduğu blockchain şəbəkəsi proof-of-work alqoritminə əsaslanmamalıdır. Məsələn bu alqoritm bitcoin şəbəkəsinin əsasını təşkil edir və o, tranzaksiyaların qorunmasını təmin edir. Bununla belə sözügedən alqoritm böyük enerji sərfiyyatına sahibdir. Bir neçə müddət bundan öncə bu alqoritmdən imtina etmiş ethereum şəbəkəsi öz enerji sərfiyyatını 99% aşağı sala bilib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
