Logo
    main-post-cover

    Oculus Rift-in qiyməti bəlli olub

     
    Code Conference tədbiri çərçivəsində Oculus VR şirkəti Oculus Rift-in yeni kompüterlə birlikdə təqribi qiymətini açıqlayıb. Qeyd edək ki, yeni kompüter Oculus Rift-in sistem tələblərinə uyğunlaşdırıldığı üçün bir yerdə satılır.
    "Biz Oculus Rift ilə birlikdə yeni kompüteri əldə etmək istəyən istifadəçilər üçün orta qiymət təyin etmişik. Yeni kompüter ilə birlikdə Oculus Rift eynəkləri sizə 1500 dollara başa gələcək" - deyə Oculus VR şirkətinin icraçı direktoru Brendan İribe bildirib.
    Bundan əlavə İribe bu qiymətin gələcəkdə 1000 dollara kimi enəcəyini bildirib. Lakin bu qiymət dəyişikliyi Oculus Rift-in satışa çıxmasından bir neçə ay sonra olmayacağı bildirilmişdir.

    www.technote.az
    Paylaş
    Bənzər xəbərlər