Logo
    main-post-cover

    Okeandakı mikroplastik hissəciklər sahilyanı bölgələrdəki insanlarda əlilliyə səbəb ola bilərlər

    Elm & Texnologiya
    03.03.2025
    Emil
         Araşdırmaya görə, okeanda aşkarlanan mikroplastik hissəciklər sahilyanı bölgələrdə yaşayan insanlarda əlillik riskinin artması ilə əlaqəli ola bilərlər. ABŞ-ın Burlinqton şəhərində yerləşən Lahey Tibb Mərkəzinin tədqiqatçıları müxtəlif bölgələrdə dənizdəki mikroplastik hissəcik səviyyələrini təhlil ediblər. Bölgələr okean səthindəki mikroplastik hissəciklərinin miqdarına görə dörd qrupa bölünüb:
    - Aşağı səviyyə: 0 - 0.005 hissəcik/m³
    - Orta səviyyə: 0.005 - 1 hissəcik/m³
    - Yüksək səviyyə: 1 - 10 hissəcik/m³
    - Çox yüksək səviyyə: 10 və daha çox hissəcik/m³
         Bu araşdırma mikroplastik hissəciklərin insan sağlamlığına mümkün təsirlərini daha dərindən araşdırmaq üçün aparılan ilkin tədqiqatlardan biridir. Daha sonra alimlər yerli sakinlər arasında əlillik səviyyəsini aşağıdakı kateqoriyalar üzrə təhlil ediblər:
    - Yaddaş və idrak qabiliyyəti
    - Hərəkətlilik
    - Özünəqulluq bacarıqları
    - Müstəqil yaşamaq qabiliyyəti
         Araşdırmanın nəticələrinə görə yaddaş və idrak pozğunluqlarının yayılma faizi mikroplastik səviyyəsi çox yüksək olan bölgələrdə 15.2%, mikroplastik səviyyəsi aşağı olan bölgələrdə 13.9% təşkil edib. Hərəkətlilik problemlərinin yayılma faizi mikroplastik səviyyəsi yüksək olan bölgələrdə 14.1%, mikroplastik səviyyəsi aşağı olan bölgələrdə 12.3% təşkil edib. Özünəqulluq bacarıqlarının pozulma faizi mikroplastik səviyyəsi yüksək olan bölgələrdə 4.2%, mikroplastik səviyyəsi aşağı olan bölgələrdə 3.6% təşkil edib. Müstəqil yaşamaq qabiliyyətinin pozulma faizi mikroplastik səviyyəsi yüksək olan bölgələrdə 8.5%, mikroplastik səviyyəsi aşağı olan bölgələrdə 7.7% təşkil edib.
         Bu nəticələr mikroplastikin insan sağlamlığına mənfi təsir göstərə biləcəyini göstərən ilkin sübutlardan biridir. Məlumatlar digər əlillik yarada bilən amillər - ürək xəstəlikləri, insult, depressiya, hava çirkliliyi, həmçinin sərvət və resursların bölgüsü nəzərə alınaraq düzəliş edildikdən sonra belə, yüksək və aşağı mikroplastik səviyyəsinə malik bölgələr arasındakı fərq bir neçə faiz olaraq qalırdı. Araşdırmanın müəllifləri bildiriblər ki, yeni araşdırma mikroplastikin beyin sağlamlığına təsiri barədə ilkin təsəvvür yaradır. Alimlər əlavə ediblər ki, bu əlaqəni daha dərindən araşdırmaq və mikroplastik çirkliliyinin ictimai sağlamlığa ümumi təsirini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
    Mənbə: Newswise
    Paylaş
    Bənzər xəbərlər
    abs-gollerinde-mikroplastik-hissecikler-askar-edilib
    Elm & Texnologiya

    ABŞ göllərində mikroplastik hissəciklər aşkar edilib

    Mikroplastik hissəciklər artıq su, torpaq, hava və hətta delfinlərin nəfəs sistemində aşkar edilib. IFLScience-ın yazdığına görə, bu kiçik plastik parçalar insan orqanizmində və planetimizdə su və quru mühitlərində yaşayan əksər canlıların bədənində də mövcuddur.
    antarktikanin-en-uzaq-ve-elcatmaz-erazilerinde-mikroplastik-hisseciklere-rast-gelinib
    Elm & Texnologiya

    Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib

    Aparılmış yeni araşdırma çərçivəsində alimlər Antarktikanın ən uzaq bölgələrində mikroplastik hissəciklər aşkar ediblər. Bu da Yer üzündə artıq tam təmiz qalmış heç bir yerin olmadığını göstərir.
    insan-beyninde-mikroplastik-hisseciklerin-miqdari-son-illerde-50-artib
    Elm & Texnologiya

    İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb

    ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər.
    alimler-ilk-defe-mikroplastik-hisseciklerin-damarlarda-hereketlerini-vizual-sekilde-izleyibler
    Elm & Texnologiya

    Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər

    İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib.
    havadaki-mikroplastik-hisseciklerin-yeni-buludlari-formalasdirdiqlari-melum-olub
    Elm & Texnologiya

    Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub

    Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır.