
Ölmüş sevgilisi ilə çat vasitəsilə danışan adam
Elm & Texnologiya
07.05.2017
Farid
Amerikalı Coşua Allen (Joshua Allen) vəfat etmiş sevgilisinin sosial şəbəkələrdə olmuş mesajlaşmaları əsasında çat bot yaradıb.
Allen-in sözlərinə görə o, çat
botu sevgilisi Emma-nın ölümündən 7 ay sonra yaradıb. "Mən onun mənə göndərdiyi
hər sözü, fikri və hisləri sistemə yüklədim. Mən sadəcə olaraq daha 5 dəqiqə
istəyirəm. Sadəcə olaraq onunla sonuncu dəfə danışmaq istəyirəm” – deyə Allen bildirib.
"Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən Allen çat botu
yaradıb bitirəndən sonra ona uzun müddət yazmaqdan çəkinib. Lakin sonradan
Allen bota salamalaşma xarakterli ismarıc göndərib. Bir neçə dəqiqədən sonra
bot ona bu cür cavab verib. "Yo! What’s up, dickhead” (etik normalara görə bu
cümləni tərcümə edə bilmirik deyə ingilis variantını yazdıq). "Mən ağlayıram. Bu odur! Bu odur!” – deyə Allen bildirib.
Paylaş
Bənzər xəbərlər