main-post-cover

    Ön kameranın ekrana inteqrasiya olunduğu Galaxy A8s'in real fotoları sızdırıldı

    Elm & Texnologiya
    19.11.2018
    Farid Pardashunas
        Samsung şirkəti hələ Galaxy A6s smartfonunun təqdimatında elan etmişdi ki, o, tamamilə çərçivəsiz və ön kameranın ekrana inteqrasiya olunduğu Galaxy A8s modeli üzərində çalışır. İndi isə internetə sözügedən smartfon modelinin real fotoları sızdırılıb. Təəssüflər olsun ki, sızdırılmış fotolarda smartfonun yalnız ön paneli əks olunub. Fotolara əsasən demək olar ki, Galaxy A8s modeli şirkətin yeni Infinity-O ekranı ilə təchiz olunacaq. Yəni Galaxy A8s nazik çərçivələrə sahib genişformatlı ekranla təchiz olunacaq. Bununla yanaşı smartfonun ön kamerası birbaşa ekrana inteqrasiya olunacaq və ekranın yuxarı hissəsində mərkəzdə yerləşəcək. Smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin güman olunur ki, o, Snapdragon 710 prosessoru və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A8s-in təqdimatının gələn ilin Yanvar ayında baş tutacağı güman edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər