
OnePlus 3 rəsmi şəkildə təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid
OnePlus şirkəti eyniadlı flaqman smartfonunun 3-cü nəslini təqdim
edib. Güclü texniki parametrlərinə baxmayaraq yeni smartfon ABŞ-da $399 qiymətinə
satılır. Texniki göstəricilərinə gəldikdə OnePlus 3 5.5 inç Full HD AMOLED ekran,
Snapdragon 820 prosessoru, 6 GB-lıq RAM, 64 GB-lıq daxili yaddaş, 2 SIM kart
xüsusiyyəti, barmaq izi tanıma funksiyası, 3000 mAh enerji tutumlu batareya, 16
MP-lik arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Arxa kamera
vasitəsilə 4K formatlı videolar çəkmək mümkündür. Bundan əlavə olaraq smartfon
sürətli enerji yığma xüsusiyyətinə də sahibdir. Şirkətin verdiyi məluamata əsasən
Dash Charge funksiyaı sayəsində smartfon enerjini 0-dan 60%-ə kimi 30 dəqiqə ərzində
yığır. Enerjinin yığma sürətinə 3D qrafikalı oyunların oynanılması və ya digər
tətbiqlərin istifadəsi təsir etmir. Yeni OnePlus-u artıq şirkətin rəsmi saytında
sifariş etmək mümkündür.
Paylaş
Bənzər xəbərlər