
OnePlus 4 haqqında ilk məlumatlar sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Bu ilin İyun ayında "OnePlus” şirkəti öz smartfonunun 3-cü nəslini təqdim etmişdi.
İndi isə "AndroidHeadlines”
portalında OnePlus 4 smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Məlumatlara
əsasən şirkət yeni smartfonun prezentasiya vaxtını dəyişməz saxlayacaq və çox
güman ki, 2017-ci ilin yay fəslində satışa çıxardacaq. Sözügedən portala istinadən
xəbər veririk ki, OnePlus 4 hələ təqdim olunmamaış 10 nanometrlik Qualcomm
Snapdragon 830 prosessoru, Adreno 540 qrafik çipi, 8 GB RAM və yüksək sürətli
X16 LTE modemi ilə təchiz olunacaq. Həmin modem vasitəsilə saniyədə 980 Mbit qoşulma sürəti təmin edəcək. Həmçinin smartfon 23 MP arxa kameraya və 400 mAh
enerji tutumlu batareyaya sahib olacaq. OnePlus 4, Andoid 7.0 Nougat əməliyyat
sistemi vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər