
OnePlus 5-in yeni versiyası OnePlus 5T təqdim olundu (VİDEO)
Elm & Texnologiya
16.11.2017
Emil
Böyük ekrana, kiçik çərçivələrə, ikili arxa kameraya sahib və ən əsası OnePlus 5 qiymətinə sahib yeni flaqman model OnePlus 5T rəsmi olaraq təqdim olundu.

OnePlus 5T-nin adi OnePlus 5-dən
fərqi onun ekranındadır. Belə ki, yeni modeldə ekran 18:9 nisbətində hazırlanıb
və kiçik çərçivələrə sahibdir. Ekranın matrisası həminki Optic AMOLED
texnologiyası əsasında qurulub və 2160x1080 piksel keyfiyyətinə sahibdir.
Ekranın ölçüsü isə 5.5 inç-dən 6 inç-ə kimi böyüdülüb. Lakin kiçik çərçivələr
sayəsində korpusun ölçüsü demək olar ki, dəyişilməz qalıb. Çərçivələrin kiçilməsinə
görə ön paneldəki barmaq izi skanından imtina olunub. Yeni modeldə barmaq izi
skanı arxa paneldə yerləşdirilib və sensorlu düymələr proqram təminatı düymələri
ilə əvəz olunub.

Arxa paneldə barmaq izi skanının olması çox zaman rahat üsul
deyil. Buna görə də OnePlus 5T modelində istifadəçi üzü vasitəsilə telefonu
aktivləşdirmək mümkündür. Ön paneldə yeni sensorlar yoxdur. Buna görə də insan
üzü ön kamera vasitəsilə skan olunur. Yeni ekran və barmaq izi skanının arxa
panelə köçürülməsini nəzərə almasaq, smartfonun dizaynında elə də ciddi dəyişiklik
yoxdur. Bundan əlavə olaraq yeni modeldə ənənəvi 3.5 mm-lik audiogiriş
mövcuddur. Yeni model 20 MP-lik ikili arxa kameraya sahibdir. OnePlus 5
modelində ikinci kamera 16 MP-lik idi. Yeni model həmin sensoru istifadə etsə də,
ikinci kamera f/1.7 diafraqmasına sahibdir. Beləliklə bu smartfon vasitəsilə
qaranlıqda yaxşı fotolar çəkmək mümkündür. Ön kamera isə 16 MP-likdir.

Kameralar optik stabilizasiya özəlliyinə sahib olmasalar da, 4K rejimində video
çəkə bilirlər. Digər texniki göstəricilərinə gəldikdə isə OnePlus 5T 6 inç
Optic AMOLED ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşəli), 8 nüvəli və 2.45
GHz tezlikli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş və
3300 mAh enerji tutumlu batareya (sürətli enerji yığma özəllikli) ilə təchiz
olunub. Smartfon Oxygen OS ara üzlü Android 7.1.1 Nougat əməliyyat sistemi
vasitəsilə çalışır, lakin gələn ilin əvvəlində Android 8.0 Oreo-ya kimi yenilənəcək.
6 GB RAM-a sahib versiya 499$-a,
8 GB RAM-a sahib versiya isə 559$-a
satılacaq. OnePlus 5T 21 Noyabr tarixində rəsmi olaraq satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
