main-post-cover

    OnePlus 5T smartfonunun fotoları sızdırıldı

    Elm & Texnologiya
    20.10.2017
    Emil Nəcəfov
    “OnePlus” şirkətinin təsisçisi Carl Pei-n bir neçə müddət bundan öncə paylaşdığı tweet, şirkətin OnePlus 5 modelinin istehsalatının dayandırılması və yaxın zamanda yeni flaqman modelin təqdim edilməsi xəbərlərini təsdiqlədi.
    Məlumatlara əsasən şirkət gələn ay çərçivəsiz ekrana sahib OnePlus 5T modelini təqdim edə bilər. İndi isə internetdə sözügedən modelin ilk fotoları sızdırılıb. Çinin bir çox smartfon istehsalçıları artıq öz çərçivəsz ekrana sahib modellərini təqdim ediblər. “OnePlus” isə heç kimdən geri qalmaq istəmir. Çox güman ki, şirkətin ilk çərçivəsiz ekranlı smartfonu məhz aşağıdakı kimi görünəcək. Bir sıra olan məlumatlara əsasən OnePlus 5T 6 inç-lik ekrana sahib olacaq və korpusun ekrana nisbəti 18:9 olacaq.

    Yeni modelin yuxarı və aşağı çərçivələri OnePlus 5 modelindən fərqli olaraq nazikləşiblər. Bununla yanaşı yeni model həmdə çox nazik kənar çərçivələrə sahib olacaq. Ekranın alt hissəsində isə Home düyməsi olmayacaq. Arxa tərəfdən smartfon, OnePlus 5 modelinə oxşar tərzdə qalacaq. Yeganə fərq isə arxa paneldəki loqonun üstündə yerləşəcək barmaq izi skanı olacaq. Fotodan da görmək olar ki, OnePlus 5T ikili arxa kameraya sahib olacaq. Çox güman ki, onlar da OnePlus 5 modelindəki kimi biri 20 MP, digəri isə 16 MP olacaqlar. Həmçinin kameralara təsvirin optik stabilizasiyası özəlliyi də əlavə edilə bilər. Ön kamera 16 MP-lik olacaq. Ənənəvi 3.5 mm-lik audiogiriş olmayacaq. Prosessor qismində isə 8 nüvəli Snapdragon 835-in iştirak edəcəyi güman edilir.

    Linki kopyala